Yazını böyüt
Yazını kiçilt
“Sputnik Azərbaycan” portalının şef redaktoru Yevgeni Belousov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib.
Hafta.az xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, bu ilin iyul ayında “Sputnik Azərbaycan”ın əməkdaşları İqor Kartavıx və Yevgeni Belousov eyni məhkəmənin qərarı ilə 4 aylıq müddətə həbs edilmişdi. Onlara qarşı dələduzluq, qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri üzrə ittiham irəli sürülmüşdü.
Oktyabr ayında İqor Kartavıx barəsindəki həbs-qətimkan tədbiri də ev dustaqlığı ilə əvəz olunmuşdu. Bir neçə gün sonra o, azadlığa buraxılaraq Moskvaya yola salınıb.